XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2015 - 10:57

Qızlarından yarımamış güclü liderlər qocalır

Və yaxud qoca timsahların göz yaşları

Bu həftə beşinci dəfə respublika prezidenti olmuş Qazaxıstan lideri Nursultan Nazarbayevin sözlərinə görə, seçkinin nəticələri onun göz yaşlarına səbəb olub: rəsmi məlumata görə, o, əhalinin 95%-lik iştirakı ilə səslərin 97,75%-i alıb.

Yerli kommunist partiyasına hələ SSRİ dağılmamışdan əvvəl və iqtisadi böyüklüyünə görə bölgədə Rusiyadan sonra ikinci dövlətə 25 il müddətində başçılıq edən 74 yaşlı lider Qərbin tənqidinə belə cavab verib: “Superdemokartik dövlətlər üçün bu rəqəmlər qəbuledilməzdir. Lakin mən heç nə edə bilmədim”.

Lakin Tsita Affentranger İsveçrənin “Tages anzeiger” qəzetinin səhifələrində yazır ki, “Bu seçkilərdə Nazarbayevin qızı Dariqa qalib gəlməliydi”.

Lakin Nazarbayevin fikrincə, Dariqa hakimiyətə can atdığını çox erkən büruzə verdi. Nəricədə Dariqanı aradan götürdülər. Onun Nazarbayevin mümkün varisi sayılan əri də bu cür taledən can qurtara bilmədi və qəzəbə tuş gəldi: korrupsiya və qətldə ittiham olundu və ən sonda fevralın axır günlərində Avstriya həbsxanasında asılmış vəziyyətdə aşkarlandı.

Qazaxıstan prezidenti varislə problemi olan yeganə prezident deyil. Məqalədə deyildiyi kimi, onun özbək həmkarı, avtokrat İslam Kərimovun da işləri çox da yaxşı getmir. Nazarbayev kimi ölkəni 1989-cu ildən idarə edən 77 yaşlı Kərimov qızı Gülnarəni prezident vəzifəsinə itələmək istədi ki, hakimiyyətin Kərimovlar klanı üçün qoprunub saxlanmasını təmin etsin. Lakin özbəkistanda prezidentdən başqa heç kimin özünü təhlükəsizlikdə hiss etməyəcəyi sərt bir rejim bərqərar oldu.

Nəşr yazır ki, pop-müğənni, geyim dizayneri və özbəkistanın BMT-dəki təmsilçisi qismində öz şəxsiyyəti ətrafında xeyli qalmaqal yaratmış ifrat təkəbbürlü Gülnarə Kərimova son bir neçə ay ərzində ev dustağı edilib və öz atasını sovet diktatori Stalinlə müqayisə edir. Gülnarə Kərimovaya qarşı korrupsiya ittihamı elan edilib və İslam Kərimov aprelin ortalarında özbəkistan konstitusiyasının qəti yasağına baxmayaraq, dördüncü dəfə respublikanın prezidenti seçilib.

gulnara.jpg

Affentranger qeyd edir ki, Qazaxıstana nisbətdə özbəkistanda hakimiyyətin varisliyi məsələsi daha kəskin xarakter daşıyır. Belə ki Orta Asiyanın ən yoxsul dövləti və əhalisi sıx olan özbəkistan Rusiyadakı böhranla bağlı problemlərə məruz qalıb: 4 milyona yaxın işsiz özbəyin vətənə qayıtması ölkədə sosial gərginliyin artmasına gətirib çıxardıb. Bununla belə, prezident Kərimov xəstədir (buna heç bir şübhə yoxdur): ilin əvvəlində uzun müddət gözə görünmədi və bəzi məlumatlara görə, komada imiş. Andiçmə mərasimində etdiyi çıxış isə seyrçilərdə təşviş doğurdu: yenidən seçilmiş dövlət başçısı tez-tez çaşır və gözünü vərəqdən ayırmadan bircə cümləni də ardıcıl şəkildə qura bilmirdi.

Beləliklə, qoca liderlərin yenidən seçilməsi avtoritar sistemlərin iflasının etiraf edilməsi kimi bir şey oldu və hər ikisini əvvəlki sabitlik amilindən risk amilinə çevirdi. Prezidentin ölümü halında isə ölkədə hakimiyət uğrunda açıq mübarizə başlayacaq ki, bu da böhranın gərginləşməsinə səbəb olacaq.

Qazaxıstanda isə indiki baş naziri Nazarbayevin mümkün varisi hesab edirlər, lakin o da birmənalı şəkildə indiki prezidentə alternativ deyil.