XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 22:32

Trampla Yaponiyanın baş naziri arasında telefon danışığı olub- Ağ Evdən açıqlama

ABŞ prezidenti Donald Trampla Yaponiyanın baş naziri Şinzo Abe arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd olunub ki, tərəflər arasında Oman körfəzində iki tankerə hücum və Ş.Abenin İrana son səfəri, həmçinin bir sıra ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.