Rumıniya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə Prezidenti Klaus Yohannis Avropa İttifaqı rəhbərliyini Moldovada böhran vəziyyətə son qoymaq üçün konkret addımlar atmağa çağırıb.
Bildirilir ki, Aİ-nin bu istiqamətdə fəaliyyəti danışıqlara əsaslanmalı, qurumun prinsipləri və dəyərləri üzərində qurulmalıdır. Eyni zamanda, qeyd olunur ki, Rumıniya Moldovanın Avropa yolunu dəstəkləməyə hər zaman hazırdır(azərtac).