XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 10:22

G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq- Xüsusi təyinatlı qüvvələr Osakaya toplanır

İyunun 28-29-da Osakada keçiriləcək G20 ölkələri liderlərinin sammiti zamanı təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün 25 mindən çox polis cəlb ediləcək.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə iyunun 14-də Osaka polis bölmələrinə təntənəli baxış zamanı bəyan edilib.

Hazırda Yaponiyanın hər yerindən xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, polislər Osakaya toplanır. Onlar sammitin keçiriləcəyi obyektləri və liderlərin rezidensiyaları ilə yanaşı, açıq əraziləri və nəqliyyatın hərəkətini də nəzarətdə saxlayacaqlar. Sammit zamanı, ərazidə nəqliyyatın hərəkəti ilə bağlı ciddi məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, G20 liderlərinin sammiti zamanı Osakaya nümayəndə heyətlərinin üzvləri və jurnalistlər daxil olmaqla təqribən 30 min nəfərin gələcəyi gözlənilir.

Təqribən 2,7 milyon sakini olan Osaka Tokio və Yokhamadan sonra Yaponiyanın əhalinin sayına görə üçüncü böyük şəhəridir.