XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 11:11

Avrozonada vahid büdcə tətbiq olunacaq- Maliyyə nazirləri razılığa gəliblər

Avropa İttifaqında (Aİ) milli valyutası avro olan dövlətlərin maliyyə nazirləri Avrozonada vahid büdcənin tətbiq edilməsinə dair əsas məqamlar barədə dair razılığa gəliblər.

Azərtac xəbər verir ki, Avroqrupun Lüksemburqda keçirilmiş iclasında Avropa Sabitlik Mexanizminin gücləndirilməsi barədə də qərar qəbul edilib. Fransanın maliyyə naziri iclasdan sonra verdiyi açıqlamada bildirib ki, vahid büdcənin həcmi və maliyyə mənbələri hələ müəyyən olunmasa da, ümumilikdə belə bir qərarın qəbulu irəliyə doğru mühüm addımdır.

Fransanın əsas təşəbbüskar kimi çıxış etdiyi Avrozonada vahid büdcə ideyasının məqsədi üzv ölkələri daha da yaxınlaşdırmaq və onların rəqabət gücünü artırmaqdır. Üzv ölkələrin hökumətləri gələcəkdə konkret islahat layihələrini həyata keçirmək üçün həmin büdcədən vəsait ala biləcəklər.

Fransa Prezidenti Emmanuel Makron vahid avro büdcəsinin bir neçə yüz milyard avrodan təşkil olunmasını təklif etsə də, ilkin mərhələdə (2021-2027-ci illər maliyyə dövrü) bu büdcənin 17 milyard avro ibarət olacağı gözlənilir.