XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 18:51

Metyu Brayza: [color=red]“Bu, Tehranla Ər-Riyad arasında gizli müharibənin nəticəsidir”

“Səudiyyə Ərəbistanında şiə din adamının edamının ardınca İranın bu ölkə ilə diplomatik əlaqələrə zərbə vurması Tehranla Ər-Riyad arasında Suriya və Yəməndə aparılan gizli müharibənin nəticəsi idi”.

Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Vestnik kavkaz” saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu münaqişənin həm geosiyasi, həm də dini tərəfləri var: “Şiə din adamının edam olunması və İranda Səudiyyə səfirliyinə basqın qarşıdurmanı şiddətləndirdi. Lakin mən hesab etmirəm ki, proqnozlaşdırılan kimi, bu vəziyyət neft qiymətinin artmasına səbəb olacaq. Adətən, Yaxın Şərqin mərkəzində yerləşən neft ölkələri arasındakı münaqişə qiymətlərin artmasına səbəb olurdu. Lakin indi bazar yetərincə neft məhsulu ilə doludur. Fikrimcə, neftin qiyməti yalnız o zaman kəskin arta bilər ki, Səudiyyə Ərəbistanı ilə İran arasında real müharibə başlasın”.

M.Brayza müharibənin ağlasığmaz olduğunu hesab edir: “Çünki hadisələrin belə inkişafı İranın yenidən təcrid olunmasına səbəb ola bilər”(Publika.az).