XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 12:33

ABŞ səfirliyinin yaxınlığına raket düşüb- Bağdadda

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə “Katyuşa” raketi düşüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

Bildirilib ki, raket Bağdadın mərkəzində yerləşən əl-Cadiriye rayonunda bir evə düşüb. Polisdən verilən məlumata görə, raketin düşdüyü ev Bağdadın Yaşıl Bölgə hissəsində – ABŞ səfirliyinin binasının qarşısında yerləşir.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdaddadır.