XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2019 - 16:26

Ermənistanda kənd icmasının başçısı güllələnib- FOTO

Ermənistanın Tavuş vilayətinin Lusaxovit kənd icmasının 35 yaşlı başçısı Qriqor Sarxatyan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Tavuş vilayətinin qubernatoru Hayk Çobanyan bildirib.

Onun sözlərinə görə, hadisə İcevan şəhərində baş verib. Mübahisə zamanı İcevan sakini icma başçısına atəş açıb.

Ermənistan İstintaq Komitəsi fakt üzrə cinayət işinə başlayıb.