XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 16:58

Slovakiya tarixində ilk qadın prezidentin andiçmə mərasimi keçirilib- FOTO

İyunun 15-də Slovakiya tarixində ilk qadın dövlət başçısı Zuzana Çaputovanın andiçmə mərasimi keçirilib.

Azərtac Slovakiyanın TASR agentliyinə istinadla xəbər verir ki, Z.Çaputova Slovak Filarmoniyasında parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Konstitusiya Məhkəməsinin sədri İvan Fiaçan qarşısında and içib və bununla da rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, ixtisasca vəkil olan 45 yaşlı Zuzana Çaputova martın 30-da Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələrək, bu ölkədə ilk qadın prezident kimi tarixə düşüb.

Z.Çaputova ilk rəsmi səfərini iyunun 20-də Çexiyaya edəcək.