XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 19:15

Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib- Konstitusiya Məhkəməsi tərəfindən

Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunj bildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır.