XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 20:51

Moskvada erməni əsilli iş adamı tutulub- FOTO

Moskva polisi “Optima” tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Karabanov deyib.

Onun sözlərinə görə istintaq iş adamını 10 milyon dollar məbləğindən ziyan vurmaqda məsuliyyətli bilir.

“Müstəntiq Albert Aşotoviç Xudoyana qarşı üç torpaq sahəsinin oğurlanması şəklində xüsusi iri həcmdə dələduzluq ittihamı irəli sürüb”, – deyə hüquq müdafiəçisi bildirib.

Bundan əlavə, vəkil bildirib ki, yaxın vaxtlarda istintaq Xudoyan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.