XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2019 - 21:51

“Taliban” hərəkatına zərbə:azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətinin iki rayonunda ABŞ aviasiyasının zərbələri nəticəsində azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb.

Azərtac Khaama Press agentliyinə istinadla xəbər verir ki, öldürülənlər arasında Pakistandan olan 5 silahlı da var. Əməliyyat zamanı, həmçinin beş əldəqayırma partlayıcı qurğu, silahlılara məxsus beş sığınacaq və onların nəqliyyat vasitələri məhv edilib.

Əfqanıstan təhlükəsizlik orqanlarının məlumatına görə, Gilmənd vilayətində aparılan digər əməliyyat zamanı “Taliban”ın daha 15 silahlısı öldürülüb.

“Taliban” hərəkatı baş verənləri hələlik şərh etməyib.