Venesuela prezidentinə qarşı sanksiya tətbiq ediləcək? –Siyahıda bu dövlətlər var
Bəzi AB ölkələri Venesela prezidenti Nikolas Maduroya və ölkənin onlarla rəsmi şəxslərinə qarşı sanksiya tətbiqi imkanlarını gözdən keçirir.
Bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, bu məsələni fəal şəkildə müzakirə edən dövlətlərin siyahısına Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Niderland daxildir. Söhbət həmin şəxslərə qarşı maliyyə məhdudiyyətlərindən və AB ölkələrinə giriş qadağasından gedir.
Sanksiyalara əsas verən məqamlardan biri kimi Venesuela hakimiyyəti tərəfindən bir sıra qanunvericilərin deputatlıq toxunulmazlığının ləğvi göstərilir.
Bununla belə, qeyd olunur ki, yekun qərar hələ ki qəbul olunmayıb. /APA