XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2019 - 20:09

İrandan tankerlərə hücumla bağlı ittihamlar cavab:"ABŞ özü də bunu edə bilər"

İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani Vaşinqtonun Oman körfəzində baş vermiş insidentlə bağlı Tehranın ünvanına səsləndirdiyi ittihamları şərh edib.

O bunu parlamentin açıq iclasında çıxışı zamanı deyib.

“Bu hərəkət və ittihamlar iqtisadi məhdudiyyətlərin davamıdır, çünki onlar sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilmədilər”, – deyə Laricani qeyd edib.

Spikerin sözlərinə görə, Birləşmiş Ştatlar özü tankerlərə hücum edə bilər. O bildirib ki, belə bir hadisə II Dünya müharibəsi zamanı baş verib. Həmin vaxt ABŞ düşmənçiliyinə bəraət qazandırmaq üçün Yaponiya yaxınlığında öz gəmilərinə hücum edib. /Report