XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

17 İyun 2019 - 17:05

Dubayda turistlərə pulsuz sim-kartlar veriləcək- Detallar

Bundan sonra Dubay şəhərinə gələn bütün əcnəbi turistlərə 30 gün istifadə müddətinə malik pulsuz sim-kart veriləcək.

Azərtac “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, bu barədə “DuTelecommunications” telekommunikasiya operatoru, rezidentlik və beynəlxalq əlaqələr üzrə baş direktorluq və “Smart Dubai” idarəsi arasında razılıq əldə edilib.

Bildirilir ki, sim-kartlar həddi-büluğa çatmış bütün turistlərə Dubay Beynəlxalq Aeroportunun hər üç terminalında miqrantlar üçün ayrılan qeydiyyat məntəqələrində veriləcək. Hər kartın balansına telefon zəngləri üçün 3 dəqiqəlik pulsuz vaxt və 20 meqabayt internet yüklənəcək ki, bunları bir ay ərzində işlətmək mümkün olacaq. Hazırda qurumlar turistin BƏƏ-dən çıxdığı zaman kartın deaktivləşdirilməsinin təmin edilməsi üzərində çalışırlar.

Bu təşəbbüs Əmirliklərin qonaqlarının Dubayda olduqları vaxt ərzində ehtiyaclarının təmin edilməsinə və onların ölkədə qalmalarının asanlaşdırılmasına yönəlib.