İŞİD öz terror fəaliyyətini ABŞ-a köçürtdü. Bunu təşkilatın bu gün yayınladığı açıqlamasından çıxartmaq mümkündür. Açıqlamada öncəki gün ABŞ-ın Dallas şəhərində keçirilən Məhəmməd peyğəmbərin karikaturası sərgisinə edilmiş terror hadisəsi öz üzərinə götürür və bunun İŞİD tərəfindən həyata keçirilən ilk aksiya olduğu bildirilir.
“İlk” sözünün başlanğıc anlamını nəzərə alsaq, bu açıqlamayla İŞİD-in ABŞ-da terror aksiyalarını davam etdirəcəyini vurğuladığı aydın olur.
Heydər Oğuz
Strateq.az