Müsəlmanlar arasındakı məzhəb müharibələri Qərb dövlətlərinin işinə yarayır. Bir tərəfdən bu münaqişələrdən istifadə edib islam coğrafiyasının təbii sərvətlərini sömürən Qərb ölkələri digər tərəfdən isə onlara silah və sursat sataraq hərbi sənayelərini daim işlək vəziyyətdə tuturlar.
Bunun ən bariz örnəyi İran xofundan Qərbin qucağına sığınan Fars körfəzinin kiçik ərəb dövlətləridir. Bir neçə ay öncə ölkəsində İngiltərənin hərbi dəniz donanmasına baza yaradan Bəhreyn bunun üçün 25 milyardından keçmiş və beləliklə özünün təhlükəsizliyini sığortalamışdır. İndi onun qonşusu Qətərin Fransadan xeyli hərbi təyyarə aldığı bildirilir. Məlumata görə, dünyanın kiçik ölkələrindən biri və əhalisi 2 milyon civarında olan Qətər 24 “Rafale” təyyarəsi alıb.
Qeyd edək ki, bahalılığı və mürəkkəb idarəçilik xarakteriylə, “Rafale” 27 ildir ki, özünə alıcı tapa bilmirdi. Ona ilk sahib olmaq istəyən bu il Misir oldu. Rəsmi Qahirənin nə qədər təyyarə aldığı barədə heç bir xəbər verilmir. Misirdən sonra bu təyyarəyə talib olan ikinci dövlət Hindistandır. çindən sonra dünyanın ən qələbəlik ölkəsi olan Hindistan Fransadan cəmi-cümlətanı 36 ədəd “Rafale” alıb. Hindistanın bir kəndi qədər əhaliyə sahib Qətərin ondan cəmi 3/1 dəfə az təyyarə alması düşündürücüdür. 2 milyonluq ölkənin bu hərbi yatırımı əsgəri ehtiyacdan daha çox, Fransaya edilmiş əliaçıqlıq kimi qiymətləndirilir.
Heydər Oğuz
Strateq.az