XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2019 - 14:56

Yəməndə 90 mindən çox insan həlak olub- 2015-ci ildən bəri

Yəməndə silahlı münaqişə nəticəsində 2015-ci ildən indiyədək 91 min 600 insan həlak olub.

Azərtac Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi üzrə Layihənin məruzəsində əksini tapıb.

Məruzəyə əsasən, husi üsyançılarına qarşı döyüşən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası birbaşa hücum nəticəsində həlak olan 11700 nəfər dinc sakindən 8 mininin ölümünə görə məsuliyyət daşıyır.

Həmçinin qeyd edilir ki, 2019-cu ildə döyüşlərin gedişində 11900 nəfər öldürülüb, 30800 nəfərin həlak olduğu 2018-ci il isə münaqişə ərzində ən qanlı dövr olub. Məruzəyə münaqişənin səbəb olduğu humanitar fəlakətlərdən, məsələn, aclıqdan ölənlər daxil edilməyib.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişə hələ də davam edir. Silahlı qarşıdurma “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları ilə hökumət qoşunları və Yəmən prezidenti Mansur Hadiyə sadiq könüllüləri arasında gedir.