XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2019 - 10:15

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanını hədələyib –Qaşıqçı işinə görə

ABŞ jurnalist Camal Qaşıqçının öldürülməsi işi ilə bağlı Səudiyyə Ərəbistanına qarşı yeni tədbirlər görülməsi məsələsini gözdən keçirir.

Bu barədə Dövlət Departamenti açıqlama yayıb.

“Səudiyyə hökuməti bütün faktlara aydınlıq gətirməli və qətlin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, – məlumatda belə deyilir.

O da qeyd olunur ki, Dövlət Departamenti BMT-nin qətllə bağlı hesabatını da incələyir. Departamentdən bildirilib ki, Qaşıqçı işi ilə bağlı yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə səbəb ola bilər. /APA