XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2019 - 14:12

Gürcüstan DİN yollarda gizli kameraların və patrulların sayını artıracaq- Bu səbəbdən

Bu ilin yanvar-mart aylarında Gürcüstanda 1300-dən çox avtomobil qəzası qeydə alınıb. Bu qəzalarda 116 nəfər həyatını itirib, 1800 nəfər yaralanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda deyilir ki, cari ilin birinci rübündə qeydə alınan avtomobil qəzalarının sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 500 fakt az olsa da, ölüm sayı daha çoxdur.

Keçən ilin birinci rübündə qeydə alınmış avtomobil qəzalarında yaralananların sayı 2 min nəfərdən çox olub.

Ölümlə nəticələnən qəzalar ən çox paytaxt Tbilisidə qeydə alınıb. Hesabat dövründə paytaxtda qeydə alınan avtomobil qəzalarında 26 nəfər ölüb, 806 nəfər yaralanıb. İkinci yerdə İmereti bölgəsi dayanır. Sözügedən dövrdə Raça-Leçxumi-Kvemo Svaneti turizm zonasında qeydə alınmış qəzalarda 30 nəfər ölüb, 200 nəfər xəsarət alıb. İlk üçlüyü Kaxeti bölgəsi qapayır. Bu bölgədə baş verən avtomobil qəzalarında 13 nəfər həyatını itirib, 97 nəfər yaralanıb.

DİN qəzaların başvermə səbəblərini araşdırıb. Məlum olub ki, qəzalar ən çox avtomobillərin sərxoş vəziyyətdə və narkotik vasitələrin təsiri altında idarə olunması, yüksək sürət, ötmə əməliyyatlarının pozulması səbəbindən baş verib.

DİN 2019-cu ildə qəzaların qarşısını almaq üçün yollarda 5 min ədəd videokamera quraşdıracaq. Bu kameraların 2100-ü “ağıllı” olacaq. Bundan başqa, hər 700 metrdən bir radarlar quraşdırılacaq, yol patrul xidməti əməkdaşlarının, o cümlədən gizli patrulların sayı artırılacaq(azərtac).