XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 14:30

Yaponiya qırıcıları havaya qaldırdı- Rusiyaya görə

Yaponiya Hərbi Hava Qüvvələri qırıcıları havaya qaldırıb.

Trend-in məlumatına görə, buna Rusiyanın Tu-95MS bombardmançısının Yaponiya hava məkanına daxil olması səbəb olub.

Qeyd olunur ki, Rusiya təyyarəsi iki dəfə Yaponiya hava sərhədini pozub.

Hadisə Okinava adaları yaxınlığında və Hatidzödzima adası ətrafında baş verib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə bildirilib ki, Tu-95MS həmin regionda plan uçuşları keçirib və Yaponiyanın hava məkanına daxil olmayıb.