XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 14:51

Malayziyanın Baş Naziri:"MH17 reysi barədə hesabat siyasiləşdirilib və Rusiya əleyhinə tərtib edilib"

Malayziyanın Baş Naziri Mahathir Məhəmməd 2014-cü ilin iyulunda Ukrayna üzərində “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Birgə Təhqiqat Qrupunun (BTQ) fəaliyyətindən narazılığını bildirib.

“The Star” qəzetinin yaydığı məlumata görə, M.Məhəmməd qrupun hesabatını siyasiləşdirilmiş və Rusiya əleyhinə tərtib edilmiş adlandırıb.

“Biz çox narazıyıq. Lap əvvəldən bu təhqiqat siyasiləşdirilib və Rusiyanın günahlandırılmasına yönəlib”, – deyə Baş Nazir bildirib. M.Məhəmməd əlavə edib ki, “müstəntiqlər materialları öyrənmədən, hadisənin Rusiya tərəfindən törədildiyini bəyan ediblər”.

Baş Nazir deyib ki, bizə Rusiyanın baş verən hadisədə günahını təsdiq edən faktlar lazımdır. Lakin hələlik heç bir dəlil yoxdur(azərtac).