XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 19:25

Ukrayna Konstitusiya Məhkəməsi qərar verdi- Radanı buraxmaq barədə fərman qanuni sayıldı

Ukrayna Konstitusiya Məhkəməsi ölkə Prezidenti Vladimir Zelenskinin Ali Radanın buraxılması və iyulun 21-də növbədənkənar parlament seçkilərin keçirilməsi barədə fərmanını qanuni hesab edib.

Azərtac Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar iyunun 20-də Böyük Palatanın qapalı iclasında qəbul olunub.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də inauqurasiyası zamanı parlamentin buraxılacağını elan edib. Ertəsi gün isə hazırkı çağırış Ali Radanın işinin dayandırılması barədə müvafiq fərman imzalayıb və iyulun 21-nə növbədənkənar parlament seçkiləri təyin edib.

Zelenskinin sözlərinə görə Ali Radanın buraxılmasının əsas səbəbi Ukrayna vətəndaşlarının bu instituta çox az etimad göstərməsidir. “Bu, parlamentin işinin dəyərləndirilməsi və səlahiyyətlərinin dayandırılması üçün ən güclü arqumentdir. 2016-cı ildən bəri koalisiyanın olmaması Parlamentin buraxılması üçün hüquqi əsas yaradır”, – deyə Ukrayna prezidenti bildirib.