XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 20:36

“Taliban” hərəkatının nümayəndələri Çində səfərdə olublar- Əfqanıstanda sülh danışıqlarını müzakirə etmək üçün

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanda sülh danışıqlarını müzakirə etmək üçün Çində səfərdə olublar.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan Pekində ənənəvi mətbuat konfransında deyib.

Lu Kan “Taliban”ın Qətərdəki nümayəndəsi Əbdül Qəni Baradarın və onun bir neçə məsləkdaşının Çinə səfəri zamanı tərəflərin Əfqanıstanda sülh prosesini və terrorizmlə mübarizə məsələlərini müzakirə etdiklərini deyib. “Çin Əfqanıstanın problemlərinin əfqan xalqının özünün danışıqlar yolu ilə həllini dəstəkləyir”, – deyən XİN rəsmisi bildirib.

Lu Kan Çinin Əfqanıstan məsələsinin sülh yolu ilə həllinin təşviqi üçün müvafiq tərəflərlə fəal işini davam etdirəcəyini bildirib(azərtac).