XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 21:11

Gürcüstanın parlament sədri impiçment edilə bilər- Parlamentin qarşısında polis əməkdaşlarının sayı artırılıb

Gürcüstan parlamentinin qarşısında polis əməkdaşlarının sayı artırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, etirazların davam etdiyi bir vaxtda “Vahid Milli Hərəkat” partiyasından olan deputatlar plenar iclasa davam edirlər.

Partiya üzvləri bildiriblər ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze vəzifəsindən istefa verənədək iclas zalını tərk etməyəcəklər. Hərəkatın parlament fraksiyasının lideri Roman Qoçiridze isə qeyd edib ki, parlament sədri istefa vermədiyi təqdirdə özləri impiçment prosesini başladacaqlar.