XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 21:27

Türkiyədə antiterror əməliyyatı- Təhlükəli qadın terrorçu Kamile Kayır yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.

DHKP-C terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb.

Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur. “Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb.

Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub(azərtac).