XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 09:41

“The New York Times” qəzeti:"Tramp İrana zərbə endirmək əmri verib, sonradan onu geri götürüb"

ABŞ Prezidenti Donald Tramp İran silahlı qüvvələrinin Amerikaya məxsus pilotsuz aparatı vurmasından dərhal sonra İslam Respublikasına zərbə endirilməsi barədə göstəriş verib, lakin sonradan onu geri götürüb.

Bu barədə cümə axşamı “The New York Times” qəzeti yazıb.

Mənbələrin sözlərinə görə, Amerika lideri əvvəlcə İranda kiçik sayda hədəflərə, xüsusilə də, radiolokasiya stansiyası və raket batareyalarına zərbə endirilməsi barədə göstəriş verib. Sonradan bu planlar ləğv edilib. /Report