XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 June 2019 - 20:56

Tbilisidə müxalifətin növbəti aksiyası başlayıb- Parlamentin binası önündə iki mindən çox adam toplaşıb+FOTO

Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb.

Artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı saxlanılanların dərhal azad edilməsi tələb olunur.

Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə – parlamentin binası önünə toplaşmağa çağırırlar.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.