XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2015 - 14:15

Ərdoğan Putinə “yox” dedi: Parada getməyəcək

putin erdoqan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Vətən Müharibəsinin 70 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirlərə qatılmayacaq.

Türkiyənin “Hüriyyət” qəzeti diplomatik mənbələrə istinadən bu barədə məlumat yayıb. Qəzetin məlumatına görə, Rusiya prezidenti bir ay yarım əvvəl türkiyəli həmkarına dəvət göndərib. Lakin Ankardan bildiriblər ki, bu tədbirlərdə yalnız Türkiyə səfiri iştirak edəcək.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 24 apreldə çanaqqala döyüşünün ildönümü ilə bağlı tədbirlərə yox, Yerevanda qondarma erməni “soyqrımı”nın 100 illik yubileyi tədbirlərində iştirak etməyə üstünlük vermişdi. Həmçinin çıxışlarının birində “soyqrım” sözünü işlətmişdi.