XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyun 2019 - 22:11

Gürcüstan DİN:"Tbilisidə etiraz aksiyasında "Molotov kokteyli" istifadə etməyə hazırlaşan şəxs saxlanılıb"

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasında “Molotov kokteyli” istifadə etməyə hazırlaşan şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxsin evində 12 şüşə “Molotov kokteyli” və onun hazırlanması üçün maddələr aşkar olunub.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, saxlanılan şəxsi 3 ildən 6 ilədək həbs cəzası gözləyir.