XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2019 - 09:00

Donald Tramp:"İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

Bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp qeyd edib.

Amerika lideri “mən buna cəhd etmirəm”, – deyə bir daha təkrar edib.

O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

“İranlılara nüvə silahına malik olmaq olmaz”, – Tramp deyib.

“Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır”, – deyə Ağ Ev rəhbəri əlavə edib. /Report