XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 12:17

Baş nazirin elektron poçtunu [color=red]dağıtdılar

Hakerlər Çex Respublikasının Baş naziri Boquslav Sobotkanın kompyuter şəbəkəsinə daxil olublar.

Hökumət rəsmiləri ekstremist portalında yerləşdirilmiş məxfi məlumatın Baş nazirin elektron poçtundan çıxarılmasını hələlik təsdiqləməyib, lakin bu məlumatı təkzib də etməyiblər. Boquslav Sobotka bildirib ki, hakerlərin təkrar hücumları ona təsir etməyəcək.

Xatırladaq ki, dekabrda hakerlər Çexiyanın Baş nazirinin “Twitter” sosial şəbəkəsindəki akkauntunu dağıdıb və orada qaçqınlara qarşı neonasist xarakterli çağırışlar, habelə B.Sobotkanın ünvanına vətənə xəyanət ittihamı ilə təhqiramiz məzmunda yazı yerləşdiriblər.

Lidovky.cz portalının xəbər verdiyi korrespondensiya miqrasiya məsələlərinə, koalisiya hökumətinin iclaslarına, prezident kampaniyasına, Çexiya radiosu direktorunun seçilməsinə, habelə alman anbarlarında olan Çexiya neft ehtiyatlarına, Baş nazirin bankdan götürdüyü ipotekalara aiddir.

B.Sobotka cinayətkarların onun elektron poçt qutusuna hücumu barədə ətraflı şərh verməkdən imtina edib.

Azertag.az