XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2019 - 19:55

Gürcüstanda 10 polis əməkdaşı işdən çıxarılıb- Aksiya zamanı səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə

Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan araşdırmaların nəticəsində 10 polis əməkdaşı işdən çıxarılıb. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb olunub.

Bunu ölkənin Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin günlər dinc xarakterli aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.

Polis əməkdaşlarının əməlləri ilə bağlı müvafiq materiallar araşdırılması üçün Baş Prokurorluğa göndəriləcək(azərtac).