XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2019 - 20:45

Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir- FOTO

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hava şəraiti ilə əlaqədar aksiya təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

Aksiya təşkilatçıları hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi barədə bugünkü qərarını müsbət qiymətləndiriblər.

Beşinci gündür davam edən aksiyanın tələbləri dəyişməz qalıb. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, proporsional seçki sisteminə keçid etirazçıların tələblərindən biri olub.