XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyun 2019 - 09:48

“Əgər rusları heç bir şərt olmadan bərpa edərlərsə, bizim AŞPA-da nə işimiz var?” –Ukraynalı deputat

Ukrayna Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri bərpa olunacağı təqdirə, onun işində iştirakını sıfra endirə bilər.

Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryev öz “Facebook” səhifəsində yazıb.

“Əgər rusları heç bir şərt olmadan bərpa edərlərsə, Ukraynanın AŞPA-da nə işi var. İki gün qalıb”, – deyə o əlavə edib.

Assambleyanın Strasburqda keçirilən sessiyasında Rusiyaya AŞPA-nın işində məhdudiyyətsiz iştirak etmək, səs vermək və müzakirələrdə iştirak etmək hüququ verən qərar məsələsi üzrə səsvermə keçiriləcək/Report.