XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2019 - 15:06

Gürcüstanda yeni spiker seçildi –Müxalif deputatlar səsvermədə iştirak etməyiblər

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.

Onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib.

A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.

Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.

A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. O, 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, keçmiş spiker İrakli Kobaxidze iyunun 21-də istefa verib/Report.