XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 21:41

Rusiya Türkiyədən qisas almağa başılayıb: [color=red] Silahı PKK-dır

Türkiyənin cənub-şərqində başladılan böyük terror əməliyyatında PKK-yla bağlı yeni məlumatlar ortaya çıxır. Sur, Cizrə və Nusaybin vilayətlərində küçələri döyüş sahəsinə çevirən, hər tində bir tələ qurub xəndək qazan PKK terrorçularının İrandan gəldiyi bəlli olub.

Strateq.az xəbər verir ki, Türkiyə mətbuatı bu iddianı irəli sürüb.

İddiaya görə, Türkiyə ilə Rusiya arasında çıxan təyyarə böhranından sonra Moskva İranın dəstəyi ilə terror təşkilatı PKK-nı dəstəkləməyə başlayıb. Şimali İraqdakı düşərgələrin yerlə bir edilməsindən sonra qaçacaq ölkə axtaran PKK-çılar Rusiyaya sığınırlar.

Terrorçular burada kəşfiyyat orqanları agentlərinin dəstəyi ilə vətəndaş müharibəsi törətmək, bombalı tələ qurmaq və qarşıdurmalar yaratmaq təxribatlarının sirlərini öyrənirlər. Lazımi təlimləri aldıqdan sonra terrorçular İrana keçirilir, Ağrı və İğdır vilayətləri üzərindən Türkiyəyə göndərilərək, Nusaybin, Cizrə, Sur, Silopi kimi yerlərdə fəaliyyətə başlayırlar.

Rus təhlükəsiz xidmətinin agentlərinin də şəxsən Türkiyəyə göndərildiyi barədə məlumatlar var. Məlumatlara əsasən, ötən günlərdə Diyarbəkirin Yenişehir rayonunda 2 rus əsilli agent tutulub.