XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 08:32

Məşhur narkobaron xüsusi əməliyyatla[color=red] ələ keçirildi

Ötən ilin iyulunda həbsxanadan qaçan məşhur meksikalı nakobaron Xaokin Qusman dünən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən yenidən ələ keçirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qusman əvvəlcə Meksika aeropotrtuna aparılaraq jurnalistlərə nümayiş etdirilib, sonra isə hərbi vertolyotla Altiplanodakı ağır rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Narkobaron Meksikanın Los-Moçis şəhərində keçirilən xüsusi əməliyyatla həbs olunub. Əməliyyat zamanı Qusman yenidən gizlənməyə çalışıb. Evini kanalizasiya yolu ilə tərk edən Qusman avtomobilində saxlanılıb. 

X.Qusman dünyanın ən çox axtarılan təhlükəli narkobaronlarındandır. Onun rəhbərlik etdiyi kartel ABŞ-da qaçaq yolu ilə kokain və heroin satışı həyata keçirir.   

Buna qədər Qusman bir neçə dəfə türmədən qaça bilib. Son dəfə o, 2014-cü ildə həbs olunmuş, 2015-ci ilin iyulunda isə 1 km-lik tunel vasitəsilə oradan qaçmışdı. Həmin iş üzrə 6 nəfər məsuliyyətə cəlb olunmuşdu.