XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 09:00

Dünyanın ən bahalı şirkəti olacaq [color=red]- Ərəblər “Apple”ı da geridə qoyur

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun birjalara daxil olması ilə bazar dəyəri 540 milyard dollar qiymətləndirilən “Apple”ni də keçərək tarixin ən bahalı şirkəti olacağı gözlənilir.

Azərtac xəbər verir ki, “Saudi Aramco”dan edilən şərhdə şirkətin açıq səhmdar cəmiyyətinə çevriləcəyi təsdiqlənib. Lakin şirkətin səhmlərinin nə qədərinin açıq olacağı bildirilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi vətəndaş işləyir.