XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2019 - 21:55

NATO-nun yeni konsepsiyası təsdiq edilib- Stoltenberqdən açıqlama

NATO-ya üzv ölkələrin müdafiə nazirləri alyansın hərbi-kosmik konsepsiyasını təsdiq ediblər. Bunu Şimali Atlantika Alyansının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Azərtac NATO-nun rəsmi saytına istinadla xəbər verir ki, Y.Stoltenberq deyib: “Biz alyansın ilk əhatəli kosmik strategiyasını qəbul etdik. O, kosmik fəzanın monitorinqi, kommunikasiyaların mühafizəsi, raketlərin buraxılmasının aşkar edilməsini nəzərdə tutur. Söhbət kosmik fəzanın hərbiləşdirilməsindən getmir, NATO kosmosda silahlanmanı nəzərdə tutmur”.

NATO-dakı mənbələrdən Rusiyanın TASS agentliyinə verilən məlumata görə, alyansın kosmik strategiyasında raket əleyhinə müdafiə məsələsinə xüsusi yer ayrılıb. Bu sənəddə müxtəlif növ kosmik sensorların Yerin atmosferində raketlərin buraxılmasını və onların uçuş trayektoriyasını müəyyən etməklə yanaşı, raket əleyhinə müdafiə sisteminin ehtiyacları üçün fəaliyyət göstərən peyklərin müdafiəsi nəzərdə tutulur.

NATO-nun sessiyasında avqustun 2-də başa çatacaq orta və uzaqmənzilli raketlərin ləğv olunması ilə bağlı müqavilənin qüvvədən düşməsi məsələsi də müzakirə edilib. Bununla bağlı tədbirlər planında raket əleyhinə müdafiə üzrə səmərəli sistemin yaradılması planlaşdırılır. ABŞ Rusiyanın 9M729 qanadlı raketlərinin razılaşmaya zidd olduğunu əsas gətirərək cari il fevralın 1-də bu müqavilədən çıxıb.