XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2019 - 22:12

Baş nazir:"Tbilisidə polis əməkdaşları fiziki zorakılığa və təhqiramiz ifadələrə məruz qalıblar"

İyunun 20-də Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb.

Bu sözləri Gürcüstanın Baş Naziri Mamuka Baxtadze iyunun 20-də ölkədə baş verən hadisələrlə bağlı bu gün keçirdiyi brifinqdə söyləyib.

Nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılığa və təhqiramiz ifadələrə məruz qalıblar. O gecə hadisələr elə cərəyan edib ki, baş verənlərə cavab vermək üçün nə Daxili İşlər Nazirliyinin, nə də onun rəhbərinin başqa seçimi olmayıb. Polis əməkdaşları paytaxtda nizam-intizamı qorumaq üçün Konstitusiyaya uyğun olaraq vəzifə borcunu yerinə yetiriblər.

M.Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib: “Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”(azərtac).