XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 İyun 2019 - 22:41

Gürcüstan iqtisadiyyatına 300 milyon dollar ziyan dəyəcək- Rusiyadan gələn turistlərin sayının azalması ilə

Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə xeyli ziyan vuracaq. İlin sonuna bu ziyanın məbləği təxminən, 200-300 milyon dollar olacaq.

Bu barədə Gürcüstan Milli Bankının yaydığı bəyanatda bildirilib. Məlumatda deyilir ki, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq valyuta bazarına da mənfi təsir göstərəcək. Hazırda üzən məzənnə ilə 1 ABŞ dolları 2,86 GEL-ə dəyişdirilsə də ilin sonuna larinin ucuzlaşması da davam edəcək.

Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq. Milli bank ölkə vətəndaşlarını bir daha gəlir əldə etdikləri valyuta ilə kredit götürməyə çağırıb(azərtac).