XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2019 - 23:33

Gürcüstanın DİN rəhbəri:“Polis əməkdaşları Tbilisidə qanuni güc tətbiq etməyə məcbur oldular”

“Tbilisidə iyunun 20-də baş verənlərin hamısı – başlanğıcdan sona qədər mənim məsuliyyətim olub və mən bundan qaçmıram”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

Nazir bu gün də cəmiyyətdə baş verənlərə görə məsuliyyət daşıdığını deyib: “Polis əməkdaşları dövlət institutunu, ictimai asayişi qoruyurdular. Onlar qanuni güc tətbiq etməyə məcbur oldular”.