XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 17:21

Tramp Putinlə görüşü ətrafında yaranan vəziyyəti “Oskar” mərasiminə bənzədib

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşü ətrafında yaranan vəziyyəti zarafatla “Oskar” mükafatının təqdimetmə mərasiminə bənzədib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika və Rusiya mətbuatının nümayəndələri danışıqların getdiyi otaqdan bütün mümkün vasitələrlə canlı yayım aparıblar. Onların səs-küyü prezidentlərin səsini eşidilməz edib. Jurnalistlər prezidentlərin giriş sözlərindən həm əvvəl, həm də sonra suallar verir, protokol çəkilişindən sonra isə nümayəndə heyətlərinin xahişlərinə baxmayaraq, uzun müddət danışıq otağını tərk etmək istəmirdilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 28-də Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşüb. Prezidentlər 1 saat 20 dəqiqə davam edən danışıqlar zamanı Moskva və Vaşinqtonun silahlanmaya nəzarət modeli barədə müzakirələri davam etdirməsi barədə razılığa gəliblər.