XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 18:48

Tramp:"Çin lideri Si Cinpinlə məhsuldar görüş keçirəcəyimə ümid edirəm"

ABŞ Prezidenti Donald Tramp iyunun 29-da G20 sammiti çərçivəsində ÇXR sədri Si Cinpinlə nəzərdə tutulan görüşünün məhsuldar olacağına ümid edir.

“Hesab edirəm ki, görüş məhsuldar alınacaq. Əminəm ki, sabah maraqlı gün olacaq”, – deyə Ağ evin rəhbəri jurnalistlərə bildirib.

Amerika administrasiyası nümayəndələrinin sözlərinə görə, ticarət məsələlərində fikir ayrılıqları ABŞ və Çin liderləri arasında danışıqların əsas mövzusu olacaq.

Donald Tramp Çinlə ticarətdə 500 milyard dollara çatan xarici ticarət defisitindən narazı olduğunu dəfələrlə vurğulayıb. Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların sonuncu, 11-ci raundu may ayının əvvəlində ABŞ-ın paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənib.

Xatırladaq ki, ABŞ mayın 10-da Çindən idxal olunan mallara rüsumları növbəti dəfə – 10 faizdən 25 faizə qədər artırıb. Vaşinqton bu addımı Çinin sazişdən uzaqlaşması ilə izah edib. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən çox məhsula rüsum tətbiq edib(azərtac).