XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 19:17

Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 41 faiz azalıb- Hesabat

2018-ci ildə Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 41 faiz azalıb.

Bu rəqəm Ermənistanın İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin hesabatında yer alıb.

Statistik məlumata görə, iki ölkə arasında 2016-cı ildə ən yüksək səviyyəyə – 245 milyon dollara yüksələn ticarət həcmi ötən il cəmi 138,8 milyon dollar olub. Ermənistanın iqtisadiyyat naziri Avaq Avanesyan bunu iki ölkə arasında uzunmüddətli kontraktların müddətinin başa çatması ilə əlaqələndirsə də, iqtisadçılar əsas amilin bu ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə izah edirlər. Onların fikrincə, “məxməri inqilab”dan sonra daxili siyasi çəkişmələrlə məşğul olan hazırkı hökumət vəd etdiyi iqtisadi inqilabı həyata keçirə bilməyib. Əksinə, 2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub.

Analitiklər qeyd edirlər ki, iqtisadiyyatda baş verən geriləmə əhalinin sosial vəziyyətinə də mənfi təsir göstərəcək. Bütün bunlar isə yaxın gələcəkdə Paşinyan hökuməti üçün yaxşı heç nə vəd etmir(azərtac).