XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2019 - 20:10

Giorgi Qaxaria:"Gürcüstan Sergey Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"

“Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov bir daha Gürcüstanı ziyarət etmək qərarına gəlsə, Gürcüstan hökuməti onu ölkəyə buraxmayacaq”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın daxil işlər naziri Giorgi Qaxaria brifinq zamanı bildirib.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Nəticədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.