XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 23:49

Avropa İttifaqı İranla əməliyyatlara başlayıb- İNSTEX vasitəsilə

İranın nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən sonra Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid adıçəkilən ölkə ilə İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət mübadilələrinə dəstək aləti) ödəmələr mexanizminin işə salındığını, artıq ilk köçürmələrin icra olunduğunu bildirib.

“Report” xəbər verir ki, H.Şmid “Twitter”dəki səhifəsində MƏP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparıldığını, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunduğunu qeyd edib: “Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İrandan xam neft ixal edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.