XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 10:44

ABŞ və Çin ticarət danışıqlarına yenidən başlayacaq- Qərar

ABŞ və Çin ticarət danışıqlarına yenidən başlamaq barədə razılığa gəliblər.

APA-nın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Osakada G20 sammiti çərçivəsində görüşüblər.

Danışıqlarda ABŞ tərəfindən Çinə qarşı yeni tariflərin tətbiq olunmaması da razılaşdırılıb.

Görüşdən sonra ABŞ prezidenti Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o, Çin lideri ilə görüşdən razı qalıb.

“Mənim Çin prezidenti Si Cinpinlə çox yaxşı görüşüm oldu. Biz bir çox məsələləri müzakirə etdik”, deyə Tramp bildirib.