XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 12:47

Donald Tramp Türkiyəyə səfər edəcəyini deyib- Ərdoğanla görüşü öncəsi

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırdığını deyib, amma konkret vaxt göstərməyib.

Bu barədə Donald Tramp Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bir qədər əvvəl mətbuatda Rəcəb Tayyib Ərdoğan Donald Trampı Ankaraya səfərə dəvət etdiyi, ABŞ liderinin dəvəti müsbət qarşıladığı barədə məlumat yayılmışdı. Həmçinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidentinin iyul ayında Türkiyəyə gələ biləcəyini demişdi.

Xatırladaq ki, bu gün Yaponiyanın Osaka şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında maraqla gözlənilən görüş keçirilib. Təxminən 40 dəqiqə davam edən görüşün mətbuata açıq olan hissəsində Donald Tramp Barak Obama dönəmində Türkiyəyə ədalətli yanaşılmadığını və “Patriot” raketlərinin satılmadığını deyib. Rəcəb Tayyib Ərdoğan isə ticarət və müdafiə sənayesində atılmalı addımlar olduğunu, ABŞ-la strateji ortaqlığın bir çox sahədə həmrəyliyi təşviq etdiyini bildirib.